Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçiriblər.
Qonaqlar əvvəlcə hərbi hissənin əsgər və zabitləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.
Hərbi hissənin akt zalında keçirilən toplantıda universitetin elmi katibi, dosent Məhərrəm Zülfüqarlı və turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Anar Fərmayılov məruzələrlə çıxış ediblər.
Məruzələrdə Azərbaycanın dövlətçilik tarixi, müxtəlif dövrlərdə xalqımızın işğalçılara qarşı mübarizə salnaməsi, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətləri barədə geniş məlumat verilib. Sonda hərbi şəhərcikdə ağacəkmə mərasimi təşkil olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar