Dubayda dünyanın ən hündür göydələni olacaq daha bir bina tikmək qərarına gəliblər. Hazırda bu adı Dubayın 828 metr hündürlüyü olan “Bürc Xəlifə” göydələni daşıyır.
Yeni layihə üzərində 2010-cu ildə dünyanın ən hündür göydələnini inşa edən “Emaar” kompaniyası işləyəcək.
Kompaniyadan verilən məlumata əsasən, “Tower” adlandırılan yeni göydələn “Bürc Xəlifə”dən azacıq hündür olacaq. Binanın yuxarısında müşahidə meydançası, mağazalar, restoranlar və ola bilsin, kiçik hotel tikilməsi nəzərdə tutulur.
Bu ilin iyun ayından başlayaraq 2020-ci ildə başa çatdırılması planlaşdırılan layihənin dəyəri 1 milyard dollar həcmində qiymətləndirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar