Mayın 1-dən 15-dək Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən ölkəmizə iki infotur təşkil olunub.
Kazan şəhərindən respublikamıza ilk dəfə təşkil olunan infoturda turizm şirkətlərinin direktor və menecerləri iştirak edib. “AZAL” Hava Yolları ilə birgə baş tutan infotur iştirakçılar tərəfindən böyük razılıqla qarşılanıb.
İştirakçılar Azərbaycanın mətbəxi, adət-ənənələri və mədəniyyəti haqqında müsbət fikirlər səsləndirib, burada gördükləri qonaqpərvərliyi yüksək qiymətləndiriblər.
Qonaqlar Bakı ilə yanaşı, Şəki, Qəbələ, Şamaxı və Naftalanda olublar. Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdiyi, xüsusilə çimərlik turizminin geniş imkanlarının olduğu vurğulanıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar