Mayın 24-də Gəncədə Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin birgə əməkdaşlığı ilə turizm sektorunun və hotelçilik xidmətlərinin inkişafı mövzusunda təlimlər başlanıb.
Təlimlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dəvət olunmuş aparıcı mütəxəssislər tərəfindən keçirilir.
Mayın 31-dək davam edəcək təlim-tədris kurslarında iştirak etmək üçün Gəncə, Şəmkir, Mingəçevir, Naftalan və Göygöl şəhərlərinin turizm və hotelçilik sahəsində işləyən 100-dən artıq əməkdaşı qeydiyyatdan keçib. İştirakçılar əvvəlcədən müəyyən edilmiş qaydalara görə 4 qrupa ayrılıblar. Sonra təlimlər müvafiq bölmələrdə mütəxəssislər tərəfindən davam etdirilib.
Kurslarda “mehmanxana idarəçiliyi”, “qeyd-qəbul”, “xadiməçilik” və “masa xidməti” ixtisasları üzrə dərslər tədris ediləcək. Sonda iştirakçılara təlimlərdən uğurla keçmələrinə dair sertifikatlar veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar