25-26 may tarixlərində Litvanın paytaxtı Vilnüsdə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) Avropa üzrə Regional Komissiyasının iclası keçirilib.
Tədbirdə Avropa ölkələrinin turizm nazirliklərinin və administrasiyalarının nümayəndələri, habelə “Aviareps”, “Amadeus” və “Airbnb” şirkətlərinin təmsilçiləri iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyini bu tədbirdə Turizm şöbəsinin müdir müavini Rauf Paşayev təmsil edib. İclas zamanı təşkilatın Fəaliyyət Proqramının icrası və müxtəlif komitələri tərəfindən görülmüş işlərlə bağlı hesabatlar, təşkilatın baş katibi Taleb Rifainin məruzəsi dinlənilib. “2017-ci il - Beynəlxalq davamlı turizm ili”nin qeyd olunması və turizmdə təhlükəsizlik aspektləri ilə əlaqədar geniş müzakirələr aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar