26-30 may tarixində Küveytin kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət qrup ölkəmizə tanışlıq səfərində olub. Səfər Azərbaycan Respublikasının Küveytdəki səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində fəaliyyət göstərən turizm nümayəndəliyi “Atlantis Holidays” şirkətinin təşkilatçılığı ilə gerçəkləşib.
Azərbaycan və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu il aprelin əvvəlində Küveytə səfər edib.
Azərbaycanın turizm potensialının Küveytdə tanıdılması məqsədilə təşkil olunan bu səfərdə “Al Jarida”, “Al Nahar”, “Al Anbaa”, “Al Rai” qəzetlərinin nümayəndələri ölkəmizə gəlib. Səfər proqramı Bakı, Qəbələ və Şəkini əhatə edib.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycana Orta Şərq ölkələrindən 9300 nəfərdən çox turist gəlib. Bu da 2014-cü illə müqayisədə 4 min nəfər çox deməkdir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar