Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) mehmanxana və restoran biznesi kafedrasının əməkdaşları və müvafiq müəssisələrin rəhbərlərinin iştirakı ilə hotelçilik ixtisası üzrə sillabusların təhlili və müzakirəsi keçirilib.
ATMU-nun rektoru, professor Cəfər Cəfərov fənn proqramının təhlil və müzakirəsini faydalı təşəbbüs kimi qiymətləndirib.
Müzakirələrə “New Baku”, “Hyatt Regency Baku”, “Bosfor”, “Fairmont” hotellərinin, “Buta Palace”, “Horeca Consulting Group” və digər qurumların nümayəndələri qatılıb.
Tədbirin məqsədi müasir tələblərə cavab verən yeni, o cümlədən daha mükəmməl sillabuslar işləyib hazırlamaqdan ibarətdir. Alim və mütəxəssislər qarşıya qoyulan tələbi yerinə yetirməkdən ötrü müqayisəli şəkildə həm xarici ölkələrin, həm də Azərbaycanın müvafiq universitetlərində həmin ixtisas üzrə mövcud fənn proqramının hərtərəfli təhlilini aparıblar. Tədbirdə irəli sürülən fikir və əlavələr nəzərə alınmaqla yeni sillabusların hazırlanması və 2016-2017-ci tədris ilindən tətbiq olunması qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar