Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin birgə həyata keçirdiyi “Müasir İpək Yolu” mədəni turizm marşrutunun yaradılması üzrə işlər davam etdirilir.
Türk Şurasına üzv ölkələrin turizm üzrə İşçi qrupunun mayın 11-də Bakıda keçirilən iclası zamanı marşrutun proqramı, veb-səhifənin yaradılması, eləcə də tur paketlərin və beynəlxalq uçuşların uyğun tariflərinin formalaşması üzrə fikir mübadiləsi aparılıb. İşçi qrupun 5-7 iyun tarixində Qırğızıstanın Çolpan-Ata şəhərində keçiriləcək növbəti iclasında və turizm nazirlərinin 3-cü görüşündə layihə ilə bağlı məsələlər üzrə müzakirələr davam etdiriləcək. Tədbir çərçivəsində “Müasir İpək Yolu” layihəsinin birgə icrası üçün üzv ölkələrinin layihə üzrə tərəfdaşlıq edən turizm şirkətlərindən ibarət konsorsiumun yaradılması məqsədilə memorandumun imzalanması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyədən keçəcək “Müasir İpək Yolu” mədəni turizm marşrutu çərçivəsində hər bir ölkə üzrə mədəni, tarixi dəyərləri, adət-ənənələri və digər turizm potensialını əhatə edəcək zəngin tur proqramlar təklif olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar