Gəncədə Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin birgə əməkdaşlığı ilə regionlarda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti təlim kursları başa çatıb.
Treninqlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin bu sahə üzrə mütəxəssisləri tərəfindən aparılıb.
24-31 may tarixində dörd sahə - “mehmanxana idarəçiliyi”, “qeyd-qəbul”, “xadiməçilik” və “masa xidməti” ixtisasları üzrə keçirilən təlim-tədris kurslarında Gəncə şəhəri ilə yanaşı, ətraf regionlarda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin 100-ə yaxın işçisi iştirak edib. Təlimlərdən uğurla keçən iştirakçılara sertifikatlar verilib.
İyunun 2-də layihə üzrə Lənkəranda cənub bölgəsində turizm sahəsində çalışan işçilər üçün kurslar başlanıb. 8 gün davam edəcək kurslara Astara, Lənkəran, Lerik, Masallı və Yardımlıdan mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları qatılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar