Qran-pri, beş nominasiya üzrə mükafatlar, milli mükafat və münsiflər heyətinin xüsusi mükafatı sahiblərinə təqdim olundu

İyunun 3-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qaliblərinin mükafatlandırılması və bağlanış mərasimi keçirildi.

Mərasim festivalın açılışı, tədbir çərçivəsində ölkəmizə gələn qonaqların müxtəlif tarixi məkanlara, turizm mərkəzlərinə səfərləri və şəhər turunu əks etdirən videoçarxın nümayişi ilə başladı.
Sonra festivalın nominasiyaları üzrə qaliblər mükafatlandırıldı. Xatırladaq ki, festivalın müsabiqə proqramına 28 ölkədən 78 film daxil edilmişdi. Filmlər 5 kateqoriya üzrə yarışırdı, hər kateqoriya üzrə üç mükafat, festivalın baş mükafatı (Qran-pri), həmçinin milli mükafat nəzərdə tutulmuşdu.
Festivalın baş mükafatına xorvatiyalı rejissor Herve Tirmarşenin "Dubrovnik və zaman" filmi layiq görüldü.
Festivalın milli mükafatını isə rejissor Rüfət Kərimzadənin "Yurdum" filmi qazandı. Rusiyalı rejissor Janna Tolstikovanın "Kabus şəhər Skurunda 1-in yeni həyatı" filmi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olundu.
Sonra beş nominasiya üzrə mükafatlar sahiblərinə təqdim edildi.
“Ölkə, region, şəhər” nominasiyasında banqladeşli rejissor Qiyasuddin Səlimənin "Çaylar diyarı" filmi birinci, gürcüstanlı rejissor Beqa Jquburianın "Gürcüstanda qış" filmi ikinci, Türkiyədən Aziz Elbasın "Bursa şəhəri" filmi üçüncü yerə layiq görüldü.
“Mədəniyyət, ənənə” kateqoriyasında birinci yeri Azərbaycandan rejissor Tofiq Şahverdiyevin "Lahıc" filmi qazandı. İkinci yer irlandiyalı rejissor Peddi Heysin "Monqol rapsodiyası" filminə, üçüncü yer isə rusiyalı rejissor Andrey Titovun "Əbədiyyət mərkəzi. Əfsanə" filminə verildi.

“Reklam filmləri” nominasiyasında qalib polşalı rejissor Corc van der Ueydenin “Polşa riverası" filmi oldu. İkinci yerə xorvatiyalı rejissor Denis İvosevicin "İstrianı paylaş. 2016 dəvətnamə" filmi, üçüncü yerə isə portuqaliyalı Devid Mendesin "Kəşf ruhu" filmi layiq görüldü.
Ekoloji turizm və digər turizm növləri nominasiyasında birinci mükafatla Böyük Britaniyadan rejissor Alesteyr Li "Sitadel" filminə görə təltif edildi. Bu kateqoriyada ikinci yeri yunanıstanlı Andonis Kioukas ("Delos 2015" filmi), üçüncü yeri isə Polşadan Yaroslav Balcerzevsk ("Yüksək səma təəssüratları") tutdu.
Nəhayət, sonuncu - TV məhsulları (filmlər, videoçarxlar) nominasiyasında Baham adalarından olan rejissor Brayn Smokerin "Səyyah: ritmik nassau" filmi qalib oldu. Çexiyalı rejissor Libor Spacekin "Papua Yeni Qivneyaya qaçış", rusiyalı rejissor Mixail Deqtyarın "Bakı, Azərbaycan" filmləri isə bu nominasiyada ikinci və üçüncü yerləri bölüşdürdü.
Birinci yerlərin sahibləri qızıl, ikinci və üçüncü yerləri tutanlar isə gümüş və bürünc mükafatlarla təltif edildilər.
Tədbir Azərbaycan incəsənət ustalarının ifasında milli musiqilər və rəqslər, həmçinin bəstəkar mahnılarının səslənməsi ilə davam etdi.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar