Türkiyənin "Klass" jurnalında "Alovlar ölkəsinin küləklər şəhəri - Bakı" adlı geniş məqalə dərc olunub.
Müəllif Bakı ilə tanışlığına Şəhidlər xiyabanından başlayır, sonra Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi haqqında söz açır. Bakıda tez-tez rast gəlinən şair heykəllərinin ölkəmizdə ədəbiyyat və incəsənətə böyük önəm verilməsinin göstəricisi olduğu qeyd edilir.
İçərişəhərlə tanış olan müəllif Şirvanşahlar sarayının ecazkar görünüşündən bəhs edir, Qız qalası, “Ginnesin rekordlar kitabı”na düşmüş Miniatür Kitab Muzeyindən söhbət açır, eləcə də Atəşgah və Yanardağ haqqında məlumat verir.
Məqalədə həmçinin ölkəmizin 17-19 iyun tarixində ev sahibliyi edəcəyi “Formula 1” Avropa Qran-pri yarışına hazırlıq işlərinin yekunlaşdığı vurğulanır.
Müəllif Milli İncəsənət Muzeyindən də söz açır, məşhur memar Zaha Hadidin layihəsi üzrə tikilən Heydər Əliyev Mərkəzinin möhtəşəm dizaynından bəhs edir.
Məqalədə Azərbaycanın Türkiyədə fəaliyyət göstərən turizm nümayəndəliyi - “Gateway” şirkəti haqqında da məlumat verilir. Bildirilir ki, şirkətin əsas məqsədi turist axının sürətləndirilməsinə töhfə verməkdir. Qeyd edək ki, “Gateway” şirkəti tərəfindən ölkəmizin turizm potensialının işıqlandırılması məqsədilə Türkiyənin media nümayəndələri üçün Azərbaycana press-tur keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar