Xəbər verdiyimiz kimi, Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə sakinlər və qonaqlar üçün “Şəhər turu” layihəsi həyata keçirilir.
Bugünlərdə növbəti tur şəhər bələdiyyəsi ilə birgə gerçəkləşib. Şəhərin girişindən başlayan tur Bayraq meydanınadək davam edib.
Gəzinti zamanı tur iştirakçıları şəhərdə aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanış olublar. Lüdviqshafen parkı, yeni inşa edilən Heydər Əliyev Mərkəzi, Şahmat məktəbi, uşaq incəsənət məktəbi, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı, Bayraq meydanı haqqında iştirakçılara ətraflı məlumat verilib. Yeni salınan bulvarda aparılan işlər daha böyük maraq doğurub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar