İyunun 9-da Koreya Respublikasının paytaxtı Seulda “KOTFA 2016” beynəlxalq turizm sərgisi işə başlayıb. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov, habelə “Silk Way travel” və “Geo-travel” turizm şirkətlərinin nümayəndələrindən ibarət heyət təmsil edir.
Beynəlxalq sərgidə ölkəmizin turizm imkanlarını təqdim etmək üçün 27 kvadratmetr sahədə stend qurulub. Stenddə mədəniyyətimiz, tariximiz, eləcə də ölkəmizin görməli yerləri haqqında Koreya və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları yer alıb, videoçarxlar nümayiş olunur.
Sərginin ilk günü B2B formatında iştirakçılar üçün ümumi görüş təşkil olunub.
Qeyd etmək lazımdır ki, Koreya Respublikası turizm baxımından ölkəmiz üçün prioritet olan ölkələr sırasındadır və bu ölkədən Azərbaycana səfər edən vətəndaşlar vizanı sadələşdirilmiş qaydada, hava limanında əldə edə bilirlər.
“KOTFA 2016” sərgisi iyunun 12-dək davam edəcək.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar