Bugünlərdə 10 illiyini qeyd edən Mingəçevir Turizm Kollecinin beynəlxalq əlaqələri də ilbəil genişlənir. Kollec Avropa İttifaqı “Tempus” proqramı çərçivəsində bir neçə ildir ki, Fransanın Qrenobl Akademiyası və Almaniyanın Yade Universiteti ilə birgə layihələrdə iştirak edir. Bu çərçivədə vaxtaşırı təşkil olunan treninq və konfranslarla yanaşı, qarşılıqlı səfərlər də həyata keçirilir.
Fransanın Qrenobl Akademiyasının nümayəndəsi və layihənin rəhbər koordinatoru Jean-Noel Pachoud Mingəçevirdə işgüzar səfərdədir. Kollecdə fransalı qonaqla görüş keçirilib.
Kollecin direktoru, professor Əyyub Əyyubov tədris ocağının fəaliyyəti, uğurları, beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib, “Tempus” proqramı, bu çərçivədə Fransanın Qrenobl Akademiyası ilə əməkdaşlıq barədə danışıb.
Qonaq layihənin başlanmasından məmnunluğunu ifadə edib və onun uğurla başa çatacağına əminliyini bildirib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar