Salyan şəhərində XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün 80 illik yubileyinə həsr edilmiş “Mən onsuz da əbədiyəm” mövzusunda ədəbi-bədii gecə keçirilib.
   Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Prezident İlham Əliyevin şairin yubileyi ilə əlaqədar 2012-ci il 4 iyun tarixli sərəncamının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev azadlıq carçısının yaradıcılığını yüksək qiymətləndirib, onu “İstiqlal” ordeni ilə təltif edib.
   Gecədə Salyan Dövlət Kukla Teatrı kollektivinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səslənib, qiraət ustaları azadlıq carçısının şeirlərindən parçalar ifa ediblər.
   Xəlil Rza Ulutürklə uzun müddət dostluq etmiş, ADPU-nun dosenti, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, şair-publisist Oqtay Rza xatirələrini bölüşüb.
   Yazıçı-publisist Qulam Sadiq, rayon təhsil şöbəsinin aparıcı mütəxəssisi Fərqanə Cəbrayılova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Xəlil Rza Ulutürkün uşaq şeirlərində ənənə və novatorluq” kitabının müəllifi Nəbi İbrahimli görkəmli poeziya ustasının yaradıcılığından söz açıblar.
   Bildirilib ki, 20-dən çox şeirlər kitabının müəllifi, böyük ədəbiyyatşünas alim kimi zəngin elmi xəzinə yaradan X.R.Ulutürk 1988-ci ildə başlayan milli azadlıq hərəkatında fəal iştirak edib, 1990-cı ilin 20 Yanvar faciəsini törədən Sovet rəhbərliyinə qarşı etiraz səsini qaldırdığına görə həbsə alınaraq Moskvanın Lefortovo zindanında səkkiz aydan çox nahaqdan cəza çəkib. Bütün bunlara baxmayaraq, o, əqidəsindən, amalından geri çəkilməyib, müstəqilliyimizi tərənnüm edən şeirləri ilə zamana və məkana sığmayan poeziya nümunələri yaradıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar