Ölkəmizin geniş turizm imkanları olan şəhərlərindən biri də Mingəçevirdir. Burada çimərlik turizmi üçün imkanlar var. Kür çayının hər iki sahilində parklar istirahət və əyləncə üçün çox əlverişlidir. Şəhərdəki hotellər müştərilərə yüksək xidmət göstərir.
İyunun 7-də Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxananın oxu zalında A.Şaiq adına 8 saylı və M.Hüseyn adına 2 saylı kitabxana filialları ilə birgə təşkil olunan “Mingəçevirdə turizm” mövzusunda oxucu konfransında da bu barədə söhbət açılıb.
Tədbirdə MKS-nin direktoru Etibarə Babayeva, A.Şaiq adına 8 saylı kitabxana-filialın müdiri Xədicə Sultanova çıxış edib. Mingəçevir Tarix Muzeyinin direktoru Nofəl Məmmədəliyev, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev, 2 və 8 saylı kitabxana-filialların əməkdaşları Zibeydə İbrahimova və Sevda Hüseynovanın məruzələri dinlənilib, şəhərinizin turizm potensialı haqqında video-çarx nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar