Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz 9-12 iyun tarixində Koreyanın Seul şəhərində keçirilən “KOTFA 2016” beynəlxalq turizm sərgisində təmsil olunub. Tədbirə nazirliyin, eləcə də “Silk Way Travel” və “Geo Travel” turizm şirkətlərinin nümayəndələri qatılıb.
Beynəlxalq sərgidə 27 kvadratmetr sahədə qurulan milli stenddə ölkəmizin turizm imkanları, gəzməli-görməli yerləri, mədəniyyətimiz, tariximiz haqqında Koreya və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub.
İyunun 12-də Azərbaycan-Koreya Hökumətlərarası Komissiyasının ilk iclasında iştirak məqsədilə bu ölkədə səfərdə olan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sərgini ziyarət edib.
Sərgi günlərində ölkəmizin turizm potensialının Koreyada daha da geniş tanıdılması məqsədilə bu ölkənin bir sıra şirkətləri ilə görüşlər keçirilib.
Tədbirin yekununda sərginin işində fəal iştirak etmiş ölkələr və şirkətlər təşkilatçılar tərəfindən mükafatlandırılıb. Koreya və ingilis dillərində 20-dən çox adda reklam-çap məhsulları təqdim edən ölkəmiz “Ən yaxşı turizm nəşrləri” mükafatına layiq görülüb.
Mərasimdə mükafatı Azərbaycan nümayəndə heyətinə Koreya Beynəlxalq Turizm Sərgisinin sədri Shin Jung Mok təqdim edib.
Qeyd etmək lazımdır ki, Koreya turizm baxımından ölkəmiz üçün prioritet olan ölkələr sırasındadır və bu ölkədən Azərbaycanı ziyarət edən turistlərin dinamikası artmaqdadır.
Cənub-Şərqi Asiya regionunun ən böyük turizm sərgilərindən olan KOTFA sərgisində ölkəmiz artıq 4-cü dəfədir ki, təmsil olunur.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar