İyunun 14-də Milli Məclisin növbədənkənar plenar iclasında “Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verərək bildirib ki, dəyişiklik Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində verilən birdəfəlik giriş vizaları ilə bağlıdır.
İndiyə qədər birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 50 dollar, turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi 20, tranzit vizalarının rəsmiləşdirilməsi üçün birdəfəlik viza 20, ikidəfəlik tranzit vizası 40 dollar olub.
Dəyişikliyə əsasən, bütün növ vizaların rəsmiləşdirilməsi üçün 20 dollar məbləğində vahid rüsum tətbiq ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar