Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin təmsilçisi Ufuk Turganer Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) qonağı olub. Universitetin rektoru, professor Cəfər Cəfərov qonağa tədris ocağı barədə ətraflı məlumat verib, tədris-təlim-tədqiqat-təcrübə modelinin ixtisaslı kadr hazırlığı prosesində əhəmiyyətli rol oynadığını deyib.
Rektor ATMU-nun Şimali Kipr Türk Cümhuriyyətinin ali təhsil müəssisələri ilə əlaqələrinin səmərəli olduğu, universitet tələblərinin Şimali Kiprdə yay tanışlıq təcrübəsinin təşkilindən faydalandıqlarını diqqətə çatdırıb.
Söhbət zamanı mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə edilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar