Tbilisi şəhərindəki “New School International” məktəbində ənənəvi “Beynəlxalq gün festivalı” keçirilib. Ölkəmizi festivalda Gürcüstandakı səfirliyimiz təmsil edib.
Festivalda Azərbaycanın milli suvenirləri, geyimləri nümayiş etdirilib, iştirakçılara Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və turizm imkanları, əsrarəngiz təbiəti haqqında gürcü, ingilis və rus dillərində kitab və jurnallar paylanılıb.
Azərbaycanlı şagirdlər milli musiqilərimizi, eləcə də “Tərəkəmə” rəqsini ifa ediblər.
Qonaqlar Azərbaycanın ləziz yeməklərinin, paxlava, şəkərbura və digər şirniyyat növlərinin də dadına baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar