Fransalı turistin Xınalıq təəssüratı

Xınalıq füsunkar, qeyri-adi bir yerdir. Burada gördüyüm mənzərəni sözlə təsəvvür edə bilmirəm. Ətrafda nə varsa, bənzərsiz gözəlliyə malikdir.
Bu sözləri dünyanın nadir yaşayış məntəqələrindən biri sayılan, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Quba rayonunun Xınalıq kəndini ziyarət etmiş fransalı turist Kventin Merell söyləyib.
Qonaq ölkəmizdə olacağı iki həftə ərzində ilk səfərini Xınalığa etdiyini bildirib. “Səfərə hazırlaşarkən Xınalıq haqqında ətraflı məlumat toplamışam. Buranın camaatı, ümumiyyətlə, azərbaycanlılar çox qonaqpərvər və istiqanlıdır. Məhz buna görədir ki, hətta yerli dili bilməsəm də, Xınalıq sakinləri ilə rahat ünsiyyətdə ola bildim”, - deyə fransalı turist səyahət barədə təəssüratlarını bölüşüb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar