Azərbaycanda turizm sektorunun inkişafı üçün atılan addımlar, dövlət dəstəyi, bu sahədə fəaliyyət göstərən iş adamlarını yeni ideyalar və yeniliklər tətbiq etməyə həvəsləndirir. Nəticədə istirahət həvəskarlarına daha sərfəli və innovativ xidmətlər təklif edilir.
Bu yay turizm mövsümündən etibarən Bakı yaxınlığında - Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində ölkəmizdə ilk dəfə olaraq piknik zonası istifadəyə verilib. “Qobulənd” istirahət mərkəzinin ərazisində fəaliyyət göstərən istirahət zonası ailəvi və qrup şəklində istirahəti sevənlər üçün nəzərdə tutulub.
İstirahət mərkəzinin ərazisində vətəndaşların öz istirahətlərini mənalı və yaddaqalan keçirməsi üçün bütün şərait yaradılıb. Burada hotel, restoran, uşaq əyləncə meydançaları var. İstirahət zonasının fərqli xüsusiyyəti burada piknik zonasının yaradılmasıdır. Mərkəzin qonaqları restoranın xidmətlərindən istifadə etmədən ərazidə öz məhsullarını bişirə və lazımi ləvazimatları icarəyə götürməklə dincələ bilər. Buradakı göldən balıq tutmaq istəyənlər üçün də hər şərait mövcuddur.
Bundan əlavə, piknik zonasında müxtəlif əyləncə növlərindən istifadə etmək olar. Göldə katamaran, ərazidə velosiped sürmək, kartinq, qolf və elektrik avtomobilləri ilə gəzinti mümkündür. Piknik zonasında attraksion, voleybol meydançası və tennis, bilyard stolları da ixtiyarınızdadır.
Təşkilatçılar bildirir ki, “Qobulənd” istirahət mərkəzi ailəvi və dostları ilə birgə səyahəti xoşlayanlar, eləcə də qrup şəklində istirahət etməyə üstünlük verənlər üçün çox sərfəlidir. Bakıdan uzaqda olmayan bu məkana şəxsi avtomobillə və qrup şəklində avtobuslarla gəlmək olar.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar