İyunun 22-də Rusiya Federasiyasının Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) mədəniyyət və turizm əməkdaşlığı üzrə işçi qruplarının birgə iclası işə başlayıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev, şöbənin böyük məsləhətçisi Cavid Abdullayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev iştirak edib.
Görüşlər çərçivəsində QDİƏT-ə üzv ölkələrdə davamlı turizm sahəsində ən yaxşı təcrübələrin tətbiqi, təşkil edilən turizm tədbirləri və sərgilərində qarşılıqlı iştirak, turizmin xüsusi növləri üzrə əməkdaşlığın qurulması və bir sıra digər mühüm məsələlər müzakirə edilib, mədəniyyət və turizm nazirlərinin konfransı üçün müvafiq gündəlik təsdiq edilib.
İyunun 23-də Soçi şəhərində QDİƏT ölkələri mədəniyyət və turizm nazirlərinin konfransı keçirilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar