Azərbaycan-Koreya Hökumətlərarası Komissiyasının ilk iclasında iştirak etmək üçün Seulda səfərdə olan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Korea Times” internet portalına müsahibə verib.
Müsahibəsində Koreya Respublikasından Azərbaycana səfər edən turistlərin artdığını bildirən nazir müavini hazırda ölkəmizə gələn turistlərin əsasən digər ölkələrdə təyyarə dəyişdiyini, lakin növbəti addım kimi Seul və Bakı arasında birbaşa uçuşların yaradıla biləcəyinin mümkünlüyünü ifadə edib.
Nazim Səmədov koreyalı turistlərin təbiət səfərlərini sevdiyini vurğulayaraq Azərbaycanın zəngin flora və faunaya malik ölkə kimi onların diqqətini çəkəcəyinə əminliyini bildirib və bu ölkə vətəndaşlarını Azərbaycana səfər etməyə çağırıb.
Xatırladaq ki, 9-12 iyun tarixlərində Seul şəhərində “KOTFA 2016” beynəlxalq turizm sərgisi keçirilib və ölkəmiz 4-cü dəfə bu sərgidə iştirak edib. Nazir müavini Koreyaya səfəri zamanı sərgini ziyarət edib. Sərgidə ölkəmizin stendi “Ən yaxşı turizm nəşrləri” nominasiyasında mükafata layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar