Lənkəran rayonunda fəaliyyət göstərən turizm obyektləri və istirahət mərkəzləri adətən may ayının sonları və iyun ayının əvvəllərindən etibarən daha çox turist qəbul edirlər.
Builki yay turizm mövsümü ərəfəsində cənub bölgəsində havaların qeyri-sabit, yağmurlu keçməsi turizm obyektlərinə də təsirsiz ötüşməyib. Həm turizm obyektlərinə, həm də dənizkənarı çimərliklərə üz tutanların sayı ötən ilin mövsümü ilə müqayisədə azalıb. Bununla belə turizm obyektləri və mehmanxanalar mövcud vəziyyətdə daha çox turist cəlb etmək üçün tur-paketlər təşkil etməyə üstünlük verirlər. Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, may-iyun aylarında rayona 8 min turist gəlib.
Havaların istiləşməsi turizm axınına da təsir edəcək. Müqəddəs Ramazan bayramı günlərində və sonrakı günlərdə rayona daha çox turistin gələcəyi gözlənilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar