Naxçıvan Muxtar Respublikasına 2016-cı ilin yanvar-may ayları ərzində gələn turistlərin sayı açıqlanıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, cari ilin ilk beş ayında muxtar respublikaya 147 min 542 nəfər turist gəlib. Bu da ötən ilin müvafiq dövründəki göstəricidən 4 faiz və ya 5675 nəfər çoxdur.
Azərbaycanın qədim diyarı olan Naxçıvanın böyük turizm potensialı var. Son illər bu potensialdan istifadə imkanları da genişlənib. Naxçıvan Muxtar Respublikasına səfər edən xarici turistlərin əsas hissəsini qardaş Türkiyə, İran, eləcə də Rusiya, Almaniya və digər Avropa ölkələrindən gələn turistlər təşkil edir. Turistlər Naxçıvana əsasən sağlamlıq, dini və tarixi yerləri ziyarət etmək məqsədilə gəlirlər. Eyni zamanda turistlər əyləncə və gəzinti, işgüzar görüşlər və tanışlıq məqsədilə də bura səyahət edirlər.
Bu gün muxtar respublikada mərkəz nöqtəsi Naxçıvan şəhəri olmaqla, Naxçıvan-Batabat, Naxçıvan-Ağbulaq, Naxçıvan-Ordubad-Gəmiqaya, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala və Naxçıvan-Qarabağlar istiqamətlərində turizm marşrutları mövcuddur.
İndi Naxçıvan beynəlxalq hava limanı vasitəsilə Bakı, İstanbul, Moskva və Gəncə şəhərləri, habelə Türkiyə və İranla gömrük-keçid məntəqələri ilə xarici ölkələrə gediş-gəliş təmin olunur.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar