Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı həftənin şənbə və bazar günləri axşam saatlarında paytaxt sakinləri və qonaqların asudə vaxtının səmərəli və maraqlı təşkili məqsədilə yeni layihə həyata keçirir.
Bir aya yaxındır davam edən layihə üzrə həftəsonları İntiqam Soltanın quruluşunda “Ağıllı Tülkü”, “Fidan və Qoğal”, “Göyçək Fatma” tamaşaları, Tofiq İsgəndərlinin iştirakı ilə “İlluziya şou”su, İntiqam Soltanın və Niyaz Qasımovun aparıcılığı ilə əyləncəli oyunlar, Abdulla Şaiqin eyniadlı əsəri əsasında İlhamə Əhmədovanın quruluşunda “Danışan gəlincik” tamaşası nümayiş etdirilib.
11-12 iyun tarixində İntiqam Soltanın quruluşunda “Şrek və dostları” və Könül Şahbazovanın quruluşunda Elçinin əsəri əsasında “Humayın yuxusu” tamaşaları, 18-19 iyun tarixində müəllifi Arzu Soltan, rejissoru İntiqam Soltan olan “Meymun ili” və monqol xalq nağılı əsasında hazırlanmış “Dələduz siçanlar” tamaşaları göstərilib.
Yay aylarında açıq havada şənbə və bazar günləri saat 19-dan 21-dək Səbail rayonunda yerləşən Xaqani bağında teatrın repertuarında olan maraqlı tamaşalar nümayiş etdiriləcək, balacalar üçün müxtəlif əyləncəli oyunlar və şoular təşkil olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar