İyunun 26-da “Fairmont Baku” mehmanxanasında Fransanın Turizm Agentliklərinin Milli Sindikatının (SNAV) İl-de Frans regionunun ənənəvi illik toplantısı keçirilib.
Ölkəmizdə MİCE turizm növünün inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malik olan tədbir Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Fransadakı səfirliyinin və “PAŞA Travel” şirkətinin dəstəyi ilə baş tutub. Fransanın Turizm Agentliklərinin Milli Sindikatının 70-dək nümayəndəsinin iştirak etdiyi tədbirin əvvəlində nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev ölkəmizin turizm potensialına həsr edilmiş videotəqdimatla çıxış edib. Tədbir Azərbaycan və Fransanın turizm nümayəndələrinin iştirakı ilə işçi naharla yekunlaşıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar