Ölkəmiz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında təmsil olunub

Xəbər verdiyimiz kimi, iyunun 23-də Rusiyanın Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin mədəniyyət və turizm nazirlərinin konfransı keçirilib.

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı təmsilçilərinin də qatıldığı tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Görüşdə QDİƏT regionunda turizm sahəsi üzrə əməkdaşlığın əhəmiyyəti, gələcək perspektivləri, regional turizm məhsulunun yaradılması istiqamətində görülməli olan işlər və bir sıra digər məsələlərə dair geniş müzakirələr aparılıb. Bununla yanaşı, üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri öz ölkələrində turizm sənayesinin mövcud inkişaf tempi, görülmüş işlər və gələcək planlar haqqında təqdimatlarla çıxış ediblər.
Mədəniyyət və Turizm Nazirliyi adından geniş təqdimatla çıxış edən Aydın İsmiyev Azərbaycanda turizm sahəsinin inkişafı naminə dövlət tərəfindən həyata keçirilən kompleks islahatlar və bu islahatlara əsaslanan müsbət göstəricilərə dair ətraflı məlumat verib. Şöbə müdiri ölkəmizdə turizm sənayesinin qanunvericilik bazasının təkmilləşdirilməsi, elektron viza sistemi və viza prosedurlarının sadələşdirilməsi, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, sağlamlıq, dağ-xizək, işgüzar və digər növ turizm növləri üzrə mövcud turizm məhsullarının çeşidləndirilməsi, eləcə də ölkəmizin turizm potensialının xarici ölkələrdə yüksək səviyyədə təbliğ etdirilməsi istiqamətində görülən işlər haqqında danışıb. Təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələr şəklində davam edib.
Səfər çərçivəsində Aydın İsmiyev Rusiya Federal Turizm Agentliyinin (Rosturizm) sədr müavini Sergey Korneyev ilə görüş keçirib. Görüş çərçivəsində Azərbaycan və Rusiya arasında turizm sahəsi üzrə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Eləcə də Rusiyadan ölkəmizə gələn xarici turistlərin sayının artırılması, mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Aydın İsmiyevin Dünya Turizm Təşkilatının icraçı direktoru Zoltan Somogi ilə görüşündə də qurumla əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar