Ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu bu il üçün nəzərdə tutulan təlimlərdən daha birini həyata keçirib. Səyahət təşviqi təcrübəsinin qazanılmasına həsr olunan növbəti təlim iyunun 29-da “JW Marriott Absheron” mehmanxanasında baş tutub.
Təlimlərdə yenidən səyahət təşviqi sahəsinə toxunulmasının əsas məqsədi ölkəmiz üçün xüsusi həvəsləndirici səyahət ideya və planlarının işlənib hazırlanmasıdır.
Büronun icraçı direktoru Florian Sengstschmid tərəfindən keçirilən treninqdə qurumun üzvü olan “Holiday Inn Baku”, “Hyatt Regency Baku”, “Jumeirah Bilgah Beach”, “JW Marriott Absheron”, “Park Inn by Radisson”, “Shahdag Mountain Resort” hotellərinin, “Gilan Holding”, “Caspian Event Organisers”, “Konsis”, “Geo Travel” və “PASHA Travel” kimi aparıcı turizm şirkətlərinin nümayəndələri bu sahənin əsasları və incəlikləri barədə məlumat əldə edib.
İki hissədən ibarət olan tədbirdə iştirakçılar ilk olaraq nəzəri icmalı öyrənməklə qabaqcıl təcrübə mübadiləsi aparıb. Sonra isə iştirakçılar kiçik qruplara ayrılaraq yeni həvəsləndirici ideyalar və seçilən məkanın təşviqi üzərində işləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar