İranın “TASNIM news” saytında Bakının turizm potensialından bəhs edən məqalə yayımlanıb. Məqalədə bildirilir ki, gözəlliyi ilə seçilən Bakı İran turistləri üçün yeni məkandır. Bakı həm də dünyanın neft mərkəzidir.
Azərbaycanın neft yataqlarının çoxu bu şəhərin yaxınlığında yerləşir. Bakı son 10 ildə çox dəyişərək gözəlləşib. Bu yaxınlarda Bakıda Formula 1 Avropa Qran-pri yarışı keçirildi. Ümumiyyətlə, Azərbaycan hökuməti Bakıda böyük beynəlxalq tədbirlərin keçirilməsinə nail olur ki, bu da ölkənin dünya miqyasında təbliğ olunmasına və xarici turistlərin cəlb edilməsinə xidmət edir.
Bakıda çoxlu mədəniyyət ocaqlarının, Opera teatrının və orta əsrlərə aid tarixi qalaların mövcudluğunu vurğulayan müəllif şəhərin mülayim iqlimə malik olduğunu diqqətə çatdırır. Məqalədə iranlılara Bakıya turist səyahəti etmələri tövsiyə olunur.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar