Fransa Turizm Agentlikləri Milli Sindikatının (SNAV) Bakıda keçirilən toplantısından sonra ölkə mətbuatı Azərbaycanın turizm imkanlarını geniş işıqlandırır.
Fransanın www.islamnews.fr saytında “Azərbaycan - yeni turizm istiqaməti” adlı məqalə dərc olunub. Məqalədə bildirilir ki, 70 fransalı turizm mütəxəssisinin iştirak etdiyi Bakı toplantısı çərçivəsində Fransada Azərbaycanın yeni turizm istiqaməti kimi təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və Fransanın Turizm Agentliklərinin Milli Sindikatı arasında anlaşma memorandumu imzalanıb.
Qeyd olunur ki, Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi və əməkdaşlıq üzrə müşaviri Elmar Məmmədovun müşayiət etdiyi Fransa Turizm Agentliklərinin nümayəndələri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb və bu görüş zamanı tərəfdaşlığı rəsmiləşdirən saziş imzalanıb. Müəllif xarici turistlərin ölkəmizə gəlişini asanlaşdırmaq məqsədilə viza rejiminin sadələşdirildiyini diqqətə çatdırır, infrastrukturun yüksək səviyyədə olduğu vurğulanır.
Yazıda Xəzər dənizi sahilində yerləşən Bakının mülayim iqlimindən, əhalinin mehribanlığından, ölkədə hökm sürən sabitlikdən, şəhərin muzeylərindən, İçərişəhərdən, karvansaralardan, qədim insan məskəni - Qobustan qoruğu və palçıq vulkanlarından, Formula-1 Avropa Qran-pri yarışından, ölkədəki qış dağ-xizək və istirahət mərkəzlərindən, sanatoriyalardan söhbət açılır.
Saytda ölkəmizin turizm potensialına həsr edilmiş videotəqdimat da yerləşdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar