Rusiyada Türkiyəyə səyahət turlarının satışına qoyulan qadağa aradan qaldırıldıqdan sonra ilk üç gün ərzində qardaş ölkə rusiyalıların ən populyar turizm istiqamətinə çevrilib.
Həmin günlərdə satılan turların sayına görə Türkiyə liderlik mövqeyini geri qaytara bilib. Belə ki, iyulun 2-də bu ölkəyə turlar satışların ümumi həcminin 38,8, iyulun 3-də isə 35,6 faizinə çatıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 30-da Türkiyəyə münasibətdə xüsusi tədbirləri korrektə edən fərman imzalayıb. Prezidentin göstərişinə əsasən, səyahət turlarının satışına və çarter hava daşımalarına qoyulan qadağalar ləğv edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar