Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Nazim Səmədovla ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin regionlararası əməkdaşlıq üzrə Milli Komissiyasının baş katibi Bertran Fort arasında görüş keçirilib. Görüşdə Fransanın Azərbaycandakı və Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri də iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd Azərbaycan və Fransanın şəhər və regionları arasında turizm sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması idi.
Nazim Səmədov iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün görülən işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi hər il Paris şəhərində keçirilən “Top Resa” beynəlxalq turizm sərgisində milli stendlə iştirak edir və ölkəmizin mədəniyyət və turizm potensialının təbliğ olunması məqsədilə mütəmadi olaraq Fransada müvafiq tədbirlər təşkil olunur. Nazir müavini onu da diqqətə çatdırıb ki, Fransadan Azərbaycana daha çox turistin cəlb olunması məqsədilə nazirlik bu ölkənin turizm operatorlarını birləşdirən assosiasiyalarla əməkdaşlıq edir.
Bu əməkdaşlıq sayəsində Fransanın “Challenge Tourism” və SNAV assosiasiyaları Azərbaycan Respublikasının Fransadakı səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müvafiq olaraq 2015-ci il 3-6 sentyabr tarixində və 2016-cı il 24-28 iyun tarixində öz illik toplantılarını Bakıda təşkil ediblər. Toplantılar zamanı turizm sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan və Fransa turoperatorları arasında görüşlər keçirilib.
Bununla yanaşı, iki ölkənin şəhər və regionları arasında əməkdaşlığın genişləndirilməsində Fransanın İnkişaf üzrə Agentliyinin rolu müzakirə olunub.
Görüşdə tərəflər bu istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün zəruri addımların atılacağını bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar