Mədəniyyət və Turizm Nazirliyi “ASAN Xidmət”lə çox sıx əməkdaşlıq edir. Artıq “ASAN Viza”nın texniki şərtləri müəyyənləşdirilib. “ASAN Viza” sistemi tətbiq edildikdən sonra üç gün müddətində xarici ölkə vətəndaşları sərbəst şəkildə elektron qaydada vizalar əldə edə biləcəklər.
Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirdi.
Nazir xarici turistlərin rahat şəkildə ölkəmizə səfər etmələri üçün 2013-cü ildən elektron viza sisteminin tətbiq olunduğunu diqqətə çatdırdı: “Turizm şirkətləri tərəfindən elektron turist vizalarının verilməsi də davam etdiriləcək. Müvafiq qanunvericiliyə uyğun olaraq turistlər buradan da viza əldə edə bilərlər. Paralel olaraq xarici turistlər fərdi qaydada müraciət edərək “ASAN Xidmət”dən üç gün müddətində bu vizaları əldə edəcəklər. Proses gedir və düşünürəm ki, sentyabr ayından bu iş başlanacaq”.
Əbülfəs Qarayev bildirdi ki, hazırda Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq bir sıra ölkələrin vətəndaşlarına sadələşdirilmiş viza sistemi tətbiq olunur: “Bu sıraya Körfəz ölkələri, Yaponiya, Çin, Cənubi Koreya, İndoneziya kimi ölkələr daxildir. Bu sistemin tətbiq olunduğu ölkələrin sayı artmaqdadır. Əsas məqsədimiz bu ölkələrdə marketinqi gücləndirməkdir. Bunun üçün beynəlxalq turizm sərgilərində mövcud imkanlarımızı daha geniş şəkildə tanıdırıq”.
Ölkəmizdə həm yerli, həm də xarici turistlərin rahat şəkildə istirahət etmələri üçün təhlükəsizliklə bağlı heç bir narahatlığın olmadığını deyən nazir, müvafiq dövlət orqanları ilə bu sahədə sıx əməkdaşlığın olduğunu vurğuladı: “Fövqəladə Hallar Nazirliyi ilə birlikdə çimərliklərdə, hotellərdə təhlükəsizlik tədbirlərinin görülməsi üçün müvafiq tövsiyələr hazırlayıb təqdim etmişik. Eyni zamanda bu gün dünyada baş verən hadisələr bizi insanların çox toplaşdığı yerlərə daha həssaslıqla yanaşmağa məcbur edir. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti bu işə cəlb olunub və lazımi işlər görülür”.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar