2016-cı ilin birinci yarısında Mədəniyyət və Turizm Nazirliyi 13 beynəlxalq turizm sərgisində iştirak edib

Azərbaycanın gəlmə turizm imkanlarının genişləndirilməsi məqsədilə infrastruktur layihələrinin və məhsullarının çeşid imkanlarının artırılması, xidmət səviyyəsinin yaxşılaşdırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi, ölkəyə gəliş imkanlarının asanlaşdırılmasının təmin edilməsi kimi məsələlərlə yanaşı, xaricdə respublikamızın turizm potensialının və müsbət imicinin təbliği böyük əhəmiyyət kəsb etməkdədir. Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi dünyanın bir sıra ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması və zəngin mədəni irsinin təbliği məqsədilə genişmiqyaslı fəaliyyət həyata keçirməkdədir. Nazirlik ölkə turizminin xaricdə təbliği, eləcə də xarici və milli turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığının təmin edilməsi məqsədilə beynəlxalq turizm sərgilərində təmsil olunur.
2016-cı ilin birinci yarısında nazirliyin iştirakı ilə 13 beynəlxalq turizm sərgisində ölkəmizə məxsus milli stend quraşdırılmışdır. Sərgilərdə nazirliklə yanaşı 30-dan artıq şirkət də iştirak etmişdir.
Bundan əlavə, nazirliyin həmtəşkilatçılığı ilə Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi tərəfindən bir sıra beynəlxalq sərgilərdə də iştirak təmin edilmişdir.
Ötən müddət ərzində Bakıda keçirilən ənənəvi Azərbaycan beynəlxalq “Turizm və səyahələr” sərgisi (AİTF-2016), Türkiyənin İstanbul şəhərində keçirilən “EMİTT”, İranın Tehran şəhərində “HT&T”, İtaliyanın Milan şəhərində “BİT”, Almaniyanın paytaxtında “İTB Berlin” və Frankfurt şəhərində keçirilən “İMEX” sərgiləri bu qəbildəndir. Həmçinin Rusiyanın paytaxtı Moskvada keçirilən “MİTT”, Çinin paytaxtı Pekində “COTTM”, BƏƏ-nin Dubay Əmirliyində “ATM”, Cənubi Koreyanın Seul şəhərində “KOTFA”, ABŞ-ın Nyu-York şəhərində “New York Times Travel Show”, Qazaxıstanın Almatı şəhərində keçirilən “KİTF” və “KİHE” kimi beynəlxalq turizm sərgilərində ölkəmizin turizm imkanları təqdim edilmişdir.
Qeyd edilməlidir ki, beynəlxalq turizm sərgilərində nazirliyin sifarişi əsasında qurulan stendlərdə turizm sənayesi nümayəndələrinin iştirakı ilə bağlı nümunəvi müqavilə forması tərtib edilmiş və 30-dan çox yerli turizm şirkəti ilə sərgilərdə iştirakla bağlı müqavilə imzalanmışdır.
Onu da əlavə edək ki, 2016-cı ilin ikinci yarısında Mədəniyyət və Turizm Nazirliyinin Yaponiyanın Tokio şəhərində keçiriləcək “JATA”, Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Turizm İpək Yolunda” və Böyük Britaniyanın London şəhərində təşkil olunacaq “WTM” beynəlxalq turizm sərgilərində iştirakı planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar