İran zəngin tarixi keçmişi ilə xarici turistləri cəlb edən ölkələrdən biridir. Belə tarixi abidələrdən biri də İsfahan şəhərinin mərkəzindən axan Zayəndə çayı üzərindəki tarixi “Si-o-se pol” körpüsüdür (“pol” fars dilində körpü deməkdir. Si-o-se pol isə 33 arkası olan körpü kimi tərcümə edilir).
Körpü Səfəvi hökmdarı II Şah Abbas tərəfindən tikdirilib. Körpünün tikintisinə 1599-cu ildə başlanılıb və 1602-ci ildə başa çatdırılıb. Uzunluğu 300 metr, eni 14 metr olan körpünün tikintisini II Şah Abbas vəziri Allahverdi xana tapşırıb. Vəzir İranda, Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən tanınmış memarları dəvət edərək körpünü xüsusi zövqlə tikdirib.
Körpü yalnız çayı keçmək üçün deyil, həm də istirahət üçün nəzərdə tutulub. Körpünün üstündə bir neçə otaq inşa edilib. Otaqlardan biri xüsusi olaraq şahənşahın, digərləri isə saray əyanlarının gəzinti zamanı istirahəti üçün tikilib. Otaqların şəhərə və çaya baxan pəncərələri var.
Müasir dövrdə bu körpü turistlərlə yanaşı, yerli əhalinin də gəzinti yeridir. Gecələr körpünün işıqlandırılması ona ecazkar görkəm verir.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar