Mədəniyyət və Turizm Nazirliyi dünyanın aparıcı xəbər kanallarından “Euronews” və CNN ilə uğurlu əməkdaşlıq aparır.
Bu il ərzində “Euronews” kanalında ölkəmizin turizm potensialını əks etdirən reklam çarxları ilə yanaşı, “Postcards”, “Le Mag” və “Focus” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışlar nümayiş olunub, euronews.com saytında müvafiq elektron banner kampaniyaları təşkil edilib.
Həmçinin CNN kanalında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair reklam çarxlarının nümayişi, habelə CNNİnternational.com və CNN.com saytlarında müvafiq elektron banner kampaniyaları həyata keçirilir.
Hər iki kanalla əməkdaşlığın əsas məqsədi təkcə Azərbaycan üçün kanalların auditoriyasını turist qismində cəlb etmək deyil, həmçinin xarici vətəndaşların ölkəmizin inkişafı, mədəniyyəti, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi barədə maarifləndirməkdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar