Ölkəmizi beynəlxalq işgüzar görüşlər məkanına çevirmək istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilin ilk yarısında bu məqsədlə bir sıra tədbirlərə qatılıb.
Büro yanvar ayında Nyu-York şəhərində ənənəvi “The New York Times Travel Show” sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi stenddə yer alıb, mart ayında Türkiyənin İstanbul şəhərində "ACE of MICE" və “IMEX Frankfurt” beynəlxalq sərgilərində iştirak edib və bir neçə təqdimat keçirib.
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan Büro üç ilə yaxın fəaliyyəti dövründə ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən mühüm platformaya çevrilib.
Büronun üzvlüyündə olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün müxtəlif təlimlər də qurumun fəaliyyətinin mühüm istiqamətlərindəndir.
Bu il həmçinin Azərbaycan Konqreslər Bürosunun təşəbbüsü və dəstəyi ilə “Baku Glass 2016” beynəlxalq tədbiri ölkəmizdə təşkil olunub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar