Tanınmış ədəbiyyatşünas alimlər Teymur Əhmədov və Salatın Əhmədlinin “XIX-XX əsr Azərbaycan ədəbiyyatı” kitabının II cildi çapdan çıxıb. “Nurlar” nəşriyyatında işıq üzü görən kitabda XIX-XX əsrlərdə yaşayıb-yaratmış Şimali və Cənubi Azərbaycan yazıçıları haqqında məlumat verilib və onların nəsr əsərlərindən nümunələr yer alıb. Kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Qara Namazov və filologiya elmləri doktoru Rəhim Əliyevdir.