Müxtəlif ölkələrin turizm nümayəndələrinin iştirakı ilə paytaxtımıza və regionlarımıza təşkil olunan infoturlar respublikamızın turizm imkanlarının təbliği istiqamətində mühüm addımlardandır.
Bu ilin 6 ayı ərazində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Cənubi Koreya, Çin, Rusiya, Türkiyə, Fransa, Qazaxıstan, Qırğızıstan, Küveyt və Yaponiya nümayəndələri üçün ümumilikdə 18 infotur təşkil olunub. Bu işlərin həyata keçirilməsində nazirliyin xarici ölkələrdəki turizm nümayəndəlikləri, həmin ölkələrdəki səfirliklərimiz, milli və xarici hava yolları şirkətləri yaxından iştirak ediblər.
Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin turizm potensialı, milli mətbəxi, nümayiş obyektləri, əl sənətkarlığı, milli adət-ənənələri və s. nümayiş etdirilib, eləcə də yerli turizm şirkətləri ilə bir sıra ikitərəfli (B2B) görüşlər keçirilib.
Qeyd edək ki, infoturların 8-ni Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdəki turizm nümayəndəlikləri ilə birlikdə (Rusiyada “Tour A Vent”, Türkiyədə “Gateway”, Körfəz ölkələrində “Atlantis Holidays”, Almaniyada “Aviareps Tourism”) həyata keçirib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar