ABŞ-da yaşayan soydaşımız, “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Fəridə Buyuran Kaliforniya radiosunda (“KCRW”) aparıcı Evan Kleymanın “Good Food” verilişinin qonağı olub.
Musiqi, xəbər və mədəniyyət proqramları yayımlayan radionun Cənubi Kaliforniyada hazırlanan proqramları bütün ölkəyə yayımlanır, hər həftə 550 min dinləyicini əhatə edir. Məşhur baş aşpaz, müəllif və aparıcı Evan Kleymanın verilişi efirdə həftədə bir dəfə səslənir.
Fəridə Buyuranla müsahibə zamanı tarixi və mədəni kontekstdə Azərbaycan milli mətbəxinin zənginliyi, habelə milli mətbəxin formalaşması, regional mətbəx fərqləri, həmyerlimizin kitabındakı reseptlər müzakirə edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar