Son dövrlərdə müxtəlif ölkələrin şirkətləri səyahəti asanlaşdıran yüksək texnologiyalı çamadanlar təqdim edirlər. Bu dəfə belə “smart” çamadanların siyahısına İranın "Ikap Robotics” şirkəti tərəfindən hazırlanan "Olive” də əlavə olunub.
“Olive” xarici görünüşünə görə adi çamadanlardan az fərqlənsə də, çoxlu faydalı funksiyalara malikdir. Belə ki, “Wi-Fi” və ya “Bluetooth” vasitəsilə istifadəçinin smartfonu ilə sinxronlaşan çamadan aviareysi xatırlada və təyyarəyə tələsməyə çağıra bilir. Xüsusi mobil əlavə çamadanın olduğu yeri izləməyə şərait yaradır, quraşdırılan 1000 milliamper-saat tutumlu akkumulyator isə smartfon və ya planşeti enerji ilə doldurmağa imkan verir.
“Olive” çamadanı quraşdırılmış akselerometr, giroskop və elektromotor sayəsində iki təkər üzərində sahibinin arxasınca müstəqil hərəkət edərək insanın hərəkətini xüsusi kamera vasitəsilə izləyir. O, həmçinin smartfon və ya “ağıllı” saatların köməyi ilə açılan və bağlanan elektron qıfılla, eləcə də çamadanın dəqiq çəkisini öyrənməyə imkan verən quraşdırılmış tərəzi ilə təchiz edilib. “Olive” Münxendə keçirilən startaplar müsabiqəsində robotlaşdırılmış qurğular kateqoriyasında birinci yeri tutub.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar