Azərbaycan qanunvericiliyindəki son dəyişikliklər ölkənin turizm sahəsinin sürətli inkişafına yol açır. Bununla yanaşı, turist axınının artması alış-verişi stimullaşdırır və xərclərin artmasına gətirib çıxarır.
Bu sözləri Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") icraçı direktoru Natəvan Məmmədova deyib.
O, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (Tax Free) qaydalarının təsdiq edilməsi barədə ölkə başçısının fərmanını yüksək qiymətləndirib.
İcraçı direktor deyib ki, turist axınının artması yerli sahibkarlığın inkişafına, yerli istehsalın artımına və ümumilikdə iş praktikasının genişlənməsinə stimullaşdırıcı təsir göstərməlidir. Yeni qərarın çoxsaylı effektləri sırasına məlumat bazasının idarəolunma səviyyəsinin artması, elektron vergi hesabının tətbiq olunması, müxtəlif təşkilatlar (Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və özəl banklar) arasında əməkdaşlığın genişləndirilməsi daxildir. Beləliklə, ƏDV-nin geri qaytarılması haqqında qanunvericilikdə yeniliklər turizm baxımından Azərbaycanın cəlbediciliyinin artmasına müsbət təsir göstərəcək.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar