Təlim kursları davam etdiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin turizm siyasətinin əsas istiqamətlərindən biri də xidmət keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində peşə hazırlığının artırılması məqsədilə turizm xidməti sahəsində çalışan şəxslər üçün xüsusi kurs, seminar və digər tədbirlərin keçirilməsidir.
Bununla əlaqədar, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 2004-cü ildən başlayaq respublikamızın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün təlim-tədris kursları təşkil olunur.
Təlim kursları əsasən dörd istiqamət - “Mehmanxana idarəçiliyi”, “Qeyd-qəbul”, “Xadiməçilik” və “Masa xidməti” sahələrini əhatə edir. Kursları müvəffəqiyyətlə bitirmiş mehmanxana sənayesi nümayəndələrinə sertifikatlar verilir. İndiyədək 2067 nəfər bu sertifikatlara layiq görülüb.
Qeyd edək ki, bu ilin 24-31 may tarixlərində Gəncə, 2-9 iyun tarixlərində isə Lənkəran şəhərində belə kurslar keçirilib.
Gəncədə keçirilən kurslarda Gəncə ilə yanaşı, Mingəçevir, Naftalan şəhərləri, Şəmkir və Göygöl rayonlarında fəaliyyət göstərən mehmanxanaların nümayəndələri (90 nəfər), Lənkəranda təşkil olunan kurslarda isə Lənkəranla yanaşı, Astara, Lerik, Masallı, Yardımlı rayonlarındakı mehmanxanaların işçiləri (104 nəfər) iştirak edib.
Təlim kurslarının turizm sahəsində xidmət səviyyəsinin inkişafına göstərdiyi müsbət təsirini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gələcəkdə bu işlərin davam etdirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar