Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III beynəlxalq multikulturalizm yay məktəbi iyulun 20-də Qəbələdə işini davam etdirib.
“Qafqaz yeddi gözəl” hotelində ADA Universitetinin prorektor müavini Anar Vəliyev tələbələrə “Terror multikulturalizmə qarşı” mövzusunda mühazirə oxuyub. Tələbələr mövzu ilə bağlı fikirlərini bildiriblər, onların sualları cavablandırılıb.
Mühazirədən sonra yay məktəbinin iştirakçıları üçün “Tufandağ” yay-qış turizm istirahət kompleksində kanat gəzintisi təşkil edilib. Qonaqlar qəbələli gənclərlə birgə burada istirahət edib, çay süfrəsi arxasında səmimi söhbət aparıblar.
Növbəti “Öz xalqını təqdim et” musiqili axşamının təqdimatçıları Çexiya, Rusiya, Türkiyə və Ukraynadan gələn tələbələr olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar