“Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Kiçik sahibkarlığın inkişafı məqsədilə kənd qonaq evlərində turist xidmətlərinin göstərilməsi qaydaları üzrə maarifləndirmə işlərinin aparılması və metodik vəsaitin çapı” adlı layihə həyata keçirir.
Layihə üzrə Xaçmaz və İsmayıllı rayonlarında qonaq evləri sahibləri ilə görüşlər keçirilib, keçiriləcək təlimlərə seçim aparılıb. 12-13 iyul tarixində İsmayıllı rayonunun “Çıraqban” istirahət mərkəzində keçirilən təlimləri ictimai birliyin sədri Qəhrəman Yusupov və əməkdaşı Gülər Gülalıyeva aparıb.
Təlimdə İsmayıllı rayonunun Cülyan, Talıstan, Xanagah, Buynuz Təzəkənd, Lahıc, Topçu və s. müxtəlif kənd və qəsəbə sakinlərindən ibarət qonaq evi sahibləri iştirak edib.
Kəndlərdə qonaq evi sahiblərinə turistlərin qəbulu, onlara xidmətlərin təqdimatı, bələdçilik, nəqliyyat və digər xidmətlərin göstərilməsi keyfiyyətinin yüksəldilməsi yolları açıqlanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlim iştirakçıları turistlərin cəlb edilməsində çətinliklər, ətraf ərazilərdə natəmizlik, kənddaxili yolların əsaslı təmirə ehtiyacı olması və işıqlandırmanın olmaması kimi məsələləri vurğulayıblar.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar