Azərbaycan Turizm və Menecment Universitetinin turizm və qonaqpərvərlik ixtisası üzrə təhsil alan iki tələbə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetinin təşkilatçılığı ilə fəaliyyət göstərən “Mədəni körpülər” adlı yay məktəbində iştirak ediblər.
ATMU-dan bildirilib ki, yay məktəbinin dinləyici korpusu 25-dən çox ölkənin müxtəlif sahələr üzrə nüfuzlu ali təhsil müəssisələrinin tələbələrindən formalaşıb. Yay məktəbinin dinləyicilərinə turizm, marketinq, menecment, sosiologiya və mədəniyyətşünaslığa dair seminarlar keçirilib. O cümlədən Türkiyənin müxtəlif şəhərlərinə gəzinti-tanışlıq turları təşkil edilib.
Qeyd edək ki, 2010-cu ildən bu günədək ATMU-nun 12 nəfər tələbəsi yay məktəbində olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar