Son iqtisadi proseslər fonunda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turistlər nisbətən aşağı büdcəli marşrutlar seçməyə başlayıb. "Gulf News" agentliyinin xəbərinə görə, bu barədə yerli turizm şirkətləri məlumat verib.
Qeyd olunur ki, BƏƏ-dən olan turistlər indiyədək olmadıqları ölkələri və şəhərləri kəşf etmək istəyirlər. “Daha çox Sinqapur, Tayland, Malayziya, Maldiv adaları, Azərbaycan, Gürcüstan kimi ölkələr populyardır", - deyə turizm şirkətlərindən birinin rəhbəri bildirib.
Aşağı büdcəli marşrutlar arasında Azərbaycan və Gürcüstan göstərilib. Bildirilir ki, Azərbaycanda istirahət qiyməti 490 dollardan, Gürcüstanda isə 430 dollardan başlanır.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar