İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin IRNA agentliyinə müsahibəsində iki ölkə arasında əlaqələrdən, o cümlədən qarşılıqlı turist səfərlərindən danışıb.
Səfir qeyd edib ki, artıq uzun illərdir Azərbaycan vətəndaşlarının İrana səfər üçün viza almasına ehtiyac yoxdur. Buna görə də hər il 1 milyondan artıq Azərbaycan vətəndaşı səyahət, ziyarət və müalicə məqsədilə İrana, xüsusilə 4 həmsərhəd vilayətə səfər edir.
Diplomatın sözlərinə görə, yaxın iki ay ərzində İran vətəndaşlarına viza verilməsinin sadələşdiriləcəyi gözlənilir. Güman ki, İrandan Azərbaycana gələnlərə viza hava limanlarında və quru sərhəd keçid məntəqələrində veriləcək. Hazırda Azərbaycanın Tehran və Təbrizdəki nümayəndəliklərində İran vətəndaşlarına operativ şəkildə viza verilir.
Səfir bildirib ki, bu il Novruz bayramı günlərində təxminən 45 min İran vətəndaşı Azərbaycanda olub. “İran xəstəxanaları da Azərbaycandan tibbi turizm məqsədilə gələn insanları qəbul edir. Yüksək keyfiyyətli müalicə, aşağı qiymətlər və səfər yolunun qısalığı Azərbaycan vətəndaşlarını İrana gəlməyə həvəsləndirən əsas amillərdir", - deyə o qeyd edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar